Məşhur aktrisa xəyanətə görə həmin şəxsi yıxıb-sürüdü – ŞOK AÇIQLAMALAR verdi
Gündəm
Yasemin Sakallıoğlundan sərt çıxış: “Ətrafda nə qədər şərəfsiz insan var!”
Expressxeberler.az xəbər verir ki, məşhur türkiyəli komediya ustası Yasemin Sakallıoğlu ailə münasibətlərinə müdaxilə edən şəxslərlə bağlı kəskin açıqlamalar verib.
Sənətçi həyat yoldaşının dostlarından birinin onu başqa qadınlarla münasibət qurmağa həvəsləndirməyə çalışdığını bildirib.
Sakallıoğlunun sözlərinə görə, həmin şəxs həyat yoldaşına “Qardaş, heç canın çəkmir?” deyə müraciət edib. Bu sözlərin onu aldatmağa təşviq etmək məqsədi daşıdığını bildirən komediya ustası baş verənlərə sərt reaksiya verib.
“Ətrafda nə qədər şərəfsiz insan var. Evinizə gəlirlər, yeməyinizi yeyirlər. Həyat yoldaşınızın dostu sizinlə də dostluq edir, sonra isə gəlib öz dostunu həyat yoldaşına xəyanət etməyə təhrik etməyə çalışır”, – deyə o bildirib.
Yasemin Sakallıoğlu bu cür davranışları qəbuledilməz hesab etdiyini vurğulayıb:
“Bu, böyük əxlaqsızlıqdır. Öz həyatınızda nə istəyirsinizsə, edin, amma ailəli insanların qurduğu nizamı pozmağa çalışmayın”.
Sənətçi ailə münasibətlərində sədaqət və etibarın qorunmasının vacibliyinə diqqət çəkib.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #YaseminSakallıoğlu #ŞouBiznes #Türkiyə #Məşhurlar



