İlham Əliyev Ərdoğana başsağlığı verdi

IMG_1509 Gündəm
12:18

Expressxeberler.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda baş verən və 17 nəfərin həyatına son qoyan partlayışla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Dövlət başçısı məktubunda faciə nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbərinin Azərbaycan xalqını da dərindən sarsıtdığını bildirib.

İlham Əliyev həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Prezident məktubunu “Allah rəhmət eləsin!” sözləri ilə yekunlaşdırıb.

#Expressxeberler.az #Azərbaycan #Türkiyə #İlhamƏliyev #RəcəbTayyibƏrdoğan

246 baxış
Paylaş: