Bolqarıstanda qatı dumana görə 86 avtomobil toqquşdu – 11 nəfər öldü
Gündəm
Bolqarıstanda dəhşətli qəza: 86 avtomobil toqquşdu, 11 nəfər öldü!
Expressxeberler.az xəbər verir ki, Bolqarıstanın Trakya şossesində 86 avtomobilin iştirakı ilə iki böyük zəncirvari yol qəzası baş verib.
İlkin məlumata görə, hadisələr nəticəsində 11 nəfər həyatını itirib, 48 nəfər isə yaralanıb.
Bolqarıstan Daxili İşlər Nazirliyinin rəsmisi Lyubomir Nikolov bildirib ki, qəzaların əsas səbəbi qəfil yaranan qatı duman və məhdud görünüş olub.
İlk qəza Burqas istiqamətində hərəkət edən yolda qeydə alınıb. Yük maşınının avtobusun yolunu bağlaması ilə başlayan hadisə zəncirvari toqquşmalara səbəb olub. Buğda daşıyan yük maşını digər yük maşınına, daha sonra isə minik avtomobili yük maşınına çırpılıb.
Şahidlərin sözlərinə görə, yolda görünüş məsafəsi əvvəlcə 70-80 metr olduğu halda, qəza yerində qəfil 10 metrə qədər azalıb.
İkinci qəza isə Sofiya istiqamətində baş verib. Bu hadisənin də qatı duman səbəbindən meydana gəldiyi bildirilir.
Hadisələrin bütün təfərrüatlarının araşdırılacağı, istintaqın Milli İstintaq Xidməti tərəfindən aparılacağı açıqlanıb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Bolqarıstan #DəhşətliQəza #YolQəzası #Expressxeberler.az



