11.11.2026 – GÜZGÜ TARİXİ! Saat 11:11-də arzu tutmaq vaxtıdır!
Cəmiyyət
11.11.2026 – GÜZGÜ TARİXİ! Saat 11:11-də arzu tutmaq vaxtıdır!
Expressxeberler.az xəbər verir ki, bu gün – 11 noyabr 2026-cı il numerologiyada nadir güzgü tarixlərindən biri hesab olunur. Ezoteriklər 11.11 tarixini “arzular portalı” adlandırır və saat 11:11-də ürəkdən arzu tutmağı tövsiyə edirlər.
Numerologiyaya görə, 11 rəqəmi yeni başlanğıcları, iradəni və müstəqilliyi simvolizə edir. 11.11.2026 tarixində bu rəqəmlərin təkrarlanması xüsusi məna daşıyır.
Ezoterik inanclara əsasən, saat 11:11-də arzu tutarkən:
✨ Arzunuzu indiki zamanda ifadə edin.
✨ Gözlərinizi yumaraq istəyinizin gerçəkləşdiyini təsəvvür edin.
✨ Müsbət düşüncələrə köklənin.
✨ Arzunuzu kağıza yazın və ona çatmaq üçün ilk addımı atın.
Qeyd edək ki, bu inanclar numerologiya və ezoterik yanaşmalara əsaslanır, elmi olaraq təsdiqlənməyib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #1111 #GüzgüTarixi #ArzularPortal



