Ziyansız bilib qəbul etdiyimiz qida əlavələri qaraciyəri sıradan çıxarır – HƏKİMDƏN XƏBƏRDARLIQ

IMG_4775 Gündəm
02:50

Qida əlavələri qaraciyəri sıradan çıxara bilər – HƏKİMDƏN XƏBƏRDARLIQ

Expressxeberler.az xəbər verir ki, bioloji fəallığa malik qida əlavələrinin həkim məsləhəti olmadan və nəzarətsiz qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır.

Tibb elmləri namizədi, qastroenteroloq Yekaterina Kaşux bildirib ki, mənşəyi və tərkibi şübhəli olan bioloji fəal qida əlavələri qaraciyər üçün gizli təhlükə hesab olunur.

Mütəxəssisin sözlərinə görə, bir çox insan “təbii” məhsulları tamamilə təhlükəsiz hesab etsə də, bu vasitələr qaraciyərin dərman və toksik maddələrlə əlaqəli zədələnməsinə səbəb ola bilər.

Əlavələrin tərkibindəki bəzi bitki ekstraktları yüksək dozada qaraciyər hüceyrələri üçün zəhərli təsir göstərə bilər. İnsanların həkimlə məsləhətləşmədən bu məhsulları qəbul etməsi və dozanı özbaşına müəyyənləşdirməsi isə riski daha da artırır.

Həkim vurğulayıb ki, bioloji fəal qida əlavələrinin uzun müddət nəzarətsiz istifadəsi qaraciyərdə toksik yükün artmasına və hüceyrələrin zədələnməsinə gətirib çıxara bilər.

Ən təhlükəli məqamlardan biri isə qaraciyər problemlərinin uzun müddət əlamətsiz davam etməsidir. Simptomlar çox vaxt zədələnmə dərinləşdikdən sonra üzə çıxır.

Mütəxəssislər qida əlavələrindən istifadə zamanı ehtiyatlı olmağı, onların qəbulunu həkimlə razılaşdırmağı və dozanı özbaşına artırmamağı tövsiyə edirlər.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Qaraciyər #Sağlamlıq #Həkim #Xəbərdarlıq

827 baxış
Paylaş: