Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

IMG_4818 Gündəm
15:06

ƏRDOĞAN AZƏRBAYCANA TƏŞƏKKÜR ETDİ!

Expressxeberler.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31-in hazırlıq prosesinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Ərdoğan bu barədə Türkiyənin Antalya şəhərində keçirilən COP31 Liderlər Sammitində çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti BMT-nin Baş katibi Antonio Quterreşə və Avstraliyanın Baş naziri Entoni Albanizə də minnətdarlığını ifadə edib.

Ərdoğan əvvəlki COP sədrliklərinin təcrübələrini bölüşdüklərinə görə Braziliyaya və Azərbaycana xüsusi təşəkkürünü çatdırıb.

“Əvvəlki COP sədrliklərinin təcrübələrini bizimlə bölüşən Braziliyaya və can Azərbaycanımıza da ayrıca təşəkkürümü bildirirəm. Türkiyə olaraq COP Liderlər Sammitinə ilk dəfə ev sahibliyi etməyin haqlı qürurunu yaşayırıq”, – deyə Ərdoğan vurğulayıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun!

#Expressxeberler.az #Azərbaycan #Türkiyə #Ərdoğan #COP31

171 baxış
Paylaş: