Pensiyaçılara şad xəbər: Nazir artımlardan danışdı

IMG_4821 Sosial
15:11

GƏLƏN İL BÖYÜK SOSİAL PAKET HƏYATA KEÇİRİLƏCƏK – PENSİYALAR ARTACAQ!

Expressxeberler.az xəbər verir ki, gələn il Azərbaycanda böyük sosial paket həyata keçiriləcək. Pensiyaların indeksasiyası isə inflyasiyadan yüksək olacaq.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin 4 komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, əhalinin rifahının qorunması büdcə siyasətinin əsas prinsiplərindən biridir. Onun sözlərinə görə, Azərbaycanda minimum əməkhaqqı 130 manatdan 400 manata, minimum pensiya isə 116 manatdan 320 manata çatdırılıb.

Sahil Babayev gələn il həyata keçiriləcək sosial paketin maliyyə təminatının dövlət büdcəsində ehtiyat vəsait kimi nəzərdə tutulduğunu vurğulayıb. Paketlə bağlı layihələr Prezidentə təqdim edildikdən və müvafiq fərmanlar imzalandıqdan sonra artımların konkret məbləğləri açıqlanacaq.

Nazir pensiyaların indeksasiyası ilə bağlı da danışıb. O bildirib ki, son 5 ildə pensiyaların indeksasiyası orta hesabla 9 faiz ətrafında olub.

Sahil Babayevin sözlərinə görə, cari ilin 10 ayında inflyasiya 5,6 faiz, gələn il üçün isə inflyasiya proqnozu 5,3 faizdir.

Pensiyaların artım faizi hələ dəqiqləşməyib. Nazir qeyd edib ki, indeksasiya əvvəlki ilin orta əməkhaqqı artımına uyğun hesablanır və yekun rəqəm 2027-ci ilin yanvar ayının sonunda məlum olacaq. Hazırkı göstəricilərə əsasən, əməkhaqqı artımı təxminən 7,8 faiz ətrafındadır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun!

#Expressxeberler.az #Pensiya #SosialPaket #Azərbaycan #SahilBabayev

511 baxış
Paylaş: