Əhaliyə hava XƏBƏRDARLIĞI – Sel və daşqın olacaq

IMG_5126 Gündəm
12:47

FHN-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 15-16-da gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Expressxeberler.az xəbər verir ki, noyabrın 15-i günün ikinci yarısından 16-sı axşamadək ölkə ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında güclü külək, intensiv yağış və şimşək çaxacağı proqnozlaşdırılır. Bəzi dağ çaylarından qısamüddətli sel və daşqınların keçəcəyi ehtimal olunur.

FHN güclü külək zamanı müvəqqəti tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmağı tövsiyə edib.

İntensiv yağışlar nəticəsində sel, daşqın və subasma təhlükəsi olan ərazilərdə ehtiyatlı olmaq, təhlükə yarandıqda dərhal yüksəkliklərə qalxmaq və xilasedicilərin göstərişlərinə əməl etmək vacibdir.

Nazirlik həmçinin ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmağı, açıq ərazilərdə elektrik xətləri və hündür ağacların yaxınlığında dayanmamağı, kiçikhəcmli gəmilərlə dənizə çıxmamağı və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi bildirib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Expressxeberler #FHN #HavaXəbərdarlığı

506 baxış
Paylaş: