Azərbaycanda hər ay adambaşına bu məbləğdə manat xərcləmişik!-RƏSMİ STATİSTİKA
Cəmiyyət
Azərbaycanda adambaşına aylıq alış-veriş xərcləri AÇIQLANDI
Expressxeberler.az xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda hər nəfər pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 559,9 manat xərcləyib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Xərclərin 302,3 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 257,6 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Ümumi xərclərin 49,9 faizi ərzağa, 4,1 faizi içki və tütün məmulatlarına, 14 faizi geyim və ayaqqabılara sərf olunub.
Bundan başqa, xərclərin 6 faizi avtomobil yanacağına, 5 faizi elektrik malları və mebelə, 2,7 faizi dərman və tibbi ləvazimatlara, 1,7 faizi isə kompüter və telekommunikasiya avadanlıqlarına yönəlib. Qalan 16,6 faiz digər qeyri-ərzaq mallarının payına düşüb.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Azərbaycan #Ticarət #Statistika



