Arif Mirzəyev vəfat etdi
Gündəm
Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib.
Expressxeberler.az Oxu.Az-a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib.
Arif Abdulla oğlu Mirzəyev 10 aprel 1944-cü ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, hazırkı Bakı Musiqi Akademiyasında bəstəkarlıq ixtisası üzrə görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.
Arif Mirzəyev Azərbaycan musiqi tarixində dini-memorial, orqan və polifonik musiqinin əsasını qoyan sənətkarlardan biri kimi tanınır. O, Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasını özünəməxsus şəkildə birləşdirib.
Görkəmli bəstəkar yaradıcılığına görə “İohann Sebastyan Baxın varisləri” beynəlxalq medalına layiq görülüb



