Ev şəraitində iynə vuranları hansı cəza gözləyir? – QANUN

IMG_4885 Gündəm
03:22

Lənkəranda kişi evdə iynə vurulandan sonra ÖLDÜ – Həyat yoldaşı ilə bağlı araşdırma!

Expressxeberler.az xəbər verir ki, Lənkəranda ev şəraitində iynə vurulmasından sonra kişinin həyatını itirməsi ilə bağlı araşdırma başlanılıb.

Hadisə noyabrın 10-da saat 16:00 radələrində rayonun Veravul kəndində qeydə alınıb. 1970-ci il təvəllüdlü Rasim Qasım oğlu Qasımov yaşadığı evdə həyat yoldaşı Şəfəq tərəfindən ona iynə vurulduqdan sonra şok keçirərək vəfat edib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə ev şəraitində tibbi müdaxilələrin təhlükəsizliyi və hüquqi məsuliyyət məsələsini yenidən gündəmə gətirib.

Azərbaycan qanunvericiliyinə əsasən, evdə iynə vurulmasına ümumi qadağa yoxdur. Lakin tibbi xidmətin kim tərəfindən və hansı qaydada göstərilməsi mühüm əhəmiyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, lisenziyasız özəl tibbi fəaliyyətlə məşğul olan fiziki şəxslər 2 000-3 000 manat, vəzifəli şəxslər 5 000-10 000 manat, hüquqi şəxslər isə 20 000-30 000 manat məbləğində cərimələnə bilərlər.

Cinayət Məcəlləsinin 142-ci maddəsi isə tibbi xidmətin göstərilməsi qaydalarının pozulması ilə bağlı məsuliyyəti nəzərdə tutur. Belə pozuntular ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda, qanunda iki ildən dörd ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası müəyyən edilib.

Qeyd edək ki, ev şəraitində iynə vurulması özlüyündə cinayət hesab edilmir. Hadisənin hüquqi qiyməti araşdırmanın nəticələrindən və müəyyən ediləcək konkret hallardan asılı olacaq.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Lənkəran #Hadisə #İynə #Azərbaycan #Expressxeberler.az

633 baxış
Paylaş: