Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
Gündəm
Gecə maşında yüksək səslə musiqi dinləyənlərə PİS XƏBƏR – 200 MANAT CƏRİMƏ!
Expressxeberler.az xəbər verir ki, Azərbaycanda gecə saatlarında yüksək səslə musiqi dinləyən və sakinlərin dincliyini pozan şəxslər inzibati məsuliyyətə cəlb oluna bilərlər.
Xüsusilə avtomobillərdə musiqinin səsinin həddindən artıq artırılması, eləcə də mənzillərdə və həyətlərdə gecə saatlarında səs-küy yaradılması qanunla məhdudlaşdırılır.
İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə saat 00:00-dan səhər saat 07:00-dək ucadan mahnı oxumaq, musiqi alətlərində yüksək səslə ifa etmək, televizor, radio və digər səs cihazlarını gur səslə işlətmək qadağandır.
Qaydanı pozan fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 000 manatdan 2 500 manatadək cərimə edilə bilərlər.
Qeyd edək ki, bu tələb yalnız mənzillərə deyil, yaşayış evlərinin girişlərinə, həyətlərə, küçələrə, istirahət və digər ictimai yerlərə də şamil olunur.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Cərimə #SəsKüyü #Qanun #Azərbaycan #Expressxeberler.az



