General Natiq Əliyevin qızı saxlanıldı – FOTOLAR

IMG_4900 Gündəm
11:16

General Natiq Əliyevin qızı saxlanıldı – KÜLLİ MİQDARDA DƏLƏDUZLUQ ŞÜBHƏSİ

Expressxeberler.az xəbər verir ki, general-mayor Natiq Əliyevin qızı, mediator Türkər Əliyeva saxlanılıb.

O, xüsusilə külli miqdarda dələduzluq və nüfuz alverində şübhəli bilinir.

İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək vədi ilə bir vətəndaşdan külli miqdarda pul alıb. Vətəndaşın şikayəti əsasında prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Onun barəsində hələlik məhkəmə qərarı yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb olunacağı təqdirdə, gün ərzində hakim qarşısına çıxarılması gözlənilir.

Türkər Əliyevanın şübhəli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü maddəsi xüsusilə külli miqdarda dələduzluğa görə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutur. Bu maddə üzrə ziyanın 500 min manatdan çox olması tələb edilir.

Qeyd edək ki, Natiq Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun, daha sonra isə Tibb xidmətinin rəisi vəzifəsində çalışıb.

Türkər Əliyeva son dövrlərdə müxtəlif qalmaqallarla da gündəmə gəlib. O, daha əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəhbərliyi və əməkdaşından şikayət etmiş, onları qanunsuzluq və təhqirdə ittiham etmişdi. Sonradan idarə rəisi vəzifəsindən azad olunub.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Expressxeberler #Gündəm #Xəbər

344 baxış
Paylaş: