Körpüdən aşan sürücünün SON DURUMU AÇIQLANDI

IMG_4905 Gündəm
11:21

Körpüdən aşan sürücünün SON DURUMU AÇIQLANDI

Expressxeberler.az xəbər verir ki, ötən gün Bakıda, Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində körpüdən köməkçi yola aşan avtomobilin sürücüsü Vüsal Nəsirlinin vəziyyəti açıqlanıb.

TƏBİB-in məlumatına görə, 19 yaşlı sürücü saat 12:00 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Ona döş qəfəsinin və bud-çanaq nahiyəsinin əziyi diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən sürücü ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı “BMW” markalı avtomobil idarəetmədən çıxaraq körpünün məhəccərinə çırpılıb və hündürlükdən köməkçi yola aşıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Expressxeberler #Bakı #Qəza

414 baxış
Paylaş: