Nazirin üstünə qışqıran hərbçiyə medal verildi
Dünya
Naməlum Əsgərin məzarı önündə gülən Heqsetə irad bildirən hərbçi MÜKAFATLANDIRILDI
Expressxeberler.az xəbər verir ki, Pentaqonun rəhbəri Pit Heqset ABŞ-də Naməlum Əsgərin məzarı önündə gülməsinə görə ona irad bildirən hərbçini mükafatlandırıb.
Heqset “X” hesabında əsgərin “Ləyaqətli xidmətə görə” medalı ilə təltif olunduğunu açıqlayıb.
Xatırladaq ki, Veteranlar Günü mərasimindən sonra Arlinqton qəbiristanlığında Heqset və müşavirlərinin məzar yaxınlığında gülüb söhbət etməsi fəxri qarovul hərbçisinin etirazına səbəb olmuşdu.
#Expressxeberler.az #ABŞ #Pentaqon #PitHeqset
954
baxış



