“WhatsApp”da oxunan mesajlar avtomatik silinəcək
Gündəm
“WhatsApp”da YENİLİK: Mesajlar oxunduqdan sonra silinəcək!
Expressxeberler.az xəbər verir ki, “WhatsApp” istifadəçilərə qarşı tərəfin yalnız bir dəfə oxuya biləcəyi mətn mesajları göndərmək imkanı yaratmağa hazırlaşır.
Yeni funksiya ilə mesaj oxunduqdan və həmin ekrandan çıxıldıqdan sonra avtomatik silinəcək. Mesajı köçürmək, yönləndirmək və ekran görüntüsünü çəkmək də mümkün olmayacaq.
Funksiya hazırda Android-in beta versiyasında sınaqdan keçirilir. Bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb.
#Expressxeberler.az #WhatsApp #Texnologiya
508
baxış



