Qəzada həyatını itirən Fəqan tələbə imiş

IMG_5009 Gündəm
10:08

Qubada ağır qəza: 23 yaşlı tələbə həyatını itirdi

Expressxeberler.az xəbər verir ki, bir neçə gün əvvəl Quba-Tüləkəran avtomobil yolunun Gültəpə kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

31 yaşlı Nurəli Vidadi oğlu Əlirzayev idarə etdiyi “Lada Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sərnişin, 23 yaşlı Fəqan Habil oğlu Ədilov xəstəxanaya aparılarkən yolda həyatını itirib. Sürücü və mərhumun qardaşı, 21 yaşlı Nuray Ədilov isə xəsarət alıblar.

Məlum olub ki, həyatını itirən Fəqan Ədilov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 4-cü kurs tələbəsi olub. O, Maliyyə ixtisası üzrə təhsil alırmış.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Allah rəhmət eləsin!

#Quba #Qəza #Tələbə #Expressxeberler.az

555 baxış
Paylaş: