DTX əməliyyat keçirdi: Kriminal şəbəkənin rəhbəri tutuldu
Gündəm
Türkiyənin ən təhlükəli kriminal qruplaşmalarından birinin rəhbəri Azərbaycanda TUTULDU!
Expressxeberler.az xəbər verir ki, kriminal aləmdə “Boyunlar” qrupu kimi tanınan cinayətkar təşkilatın rəhbərlərindən biri Mehmet Recep Demir Azərbaycanda saxlanılıb.
Barəsində 48 iş üzrə həbs qərarı olan Demirin bir neçə ay əvvəl Azərbaycana gizli şəkildə daxil olduğu bildirilir. Onun ölkəmizdə silahlı hücum nəticəsində öldüyü barədə yayılan məlumatların isə yalan olduğu üzə çıxıb.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Demirin Azərbaycanda gizləndiyi müəyyən edilib. O, həbs olunaraq məhkəmə qərarı ilə DTX-nın təcridxanasına yerləşdirilib.
Türkiyənin hüquq-mühafizə orqanları Avropa və Asiyada fəaliyyət göstərən “Boyunlar” və ondan ayrılan “Daltonlar” kriminal təşkilatları ilə bağlı araşdırma aparır.
Türkiyə Baş Prokurorluğunun Demirin ekstradisiyası üçün Azərbaycanın müvafiq orqanlarına sorğu göndərdiyi bildirilir.
#Kriminal #DTX #Türkiyə #Azərbaycan #Expressxeberler.az



