66 İL ƏVVƏL QİYAMƏT TARİXİ HESABLANMIŞDI – HƏMİN GÜN BU GÜNDÜR!
Dünya
66 İL ƏVVƏL QİYAMƏT TARİXİ HESABLANMIŞDI – HƏMİN GÜN BU GÜNDÜR!
Expressxeberler.az xəbər verir ki, 1960-cı ildə alim Heinz von Foerster və iki həmkarı dünya əhalisinin sürətlə artmasının 13 noyabr 2026-cı ildə böyük fəlakətə səbəb ola biləcəyini proqnozlaşdırıblar.
Alimlər hesab edirdilər ki, əhali artımı eyni templə davam edərsə, insanların sayı nəzəri olaraq sonsuzluğa çatacaq və Yer kürəsində həyat mümkünsüz olacaq. Maraqlıdır ki, seçilən tarix Heinz von Foersterin 115-ci doğum gününə təsadüf edir.
Lakin bu, dünyanın həmin gün məhv olacağına dair proqnoz deyildi. Alimlər nəzarətsiz əhali artımının təhlükələrini riyazi modellə göstərmək istəyirdilər.
Sonrakı illərdə təhsilin, səhiyyənin və həyat şəraitinin yaxşılaşması nəticəsində bir çox ölkədə doğum səviyyəsi azalıb. Beləliklə, 66 il əvvəlki hesablamanın əsaslandığı demoqrafik ssenari reallaşmayıb.
Bəs alimlər bu qeyri-adi tarixi hansı hesablamalarla müəyyənləşdirmişdilər? Dünya əhalisinin artımı niyə proqnozlaşdırıldığı kimi davam etməyib?
Məsələ ilə bağlı ətraflı məlumatı təqdim edirik.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Dünya #Elm #13Noyabr #Qiyamət



