ABŞ-da daha bir qurumda kütləvi problem: Nə baş verir?

IMG_1547 Cəmiyyət
09:35

ABŞ-da internet və rabitə problemi hava xidmətinin işinə təsir etdi

Expressxeberler.az xəbər verir ki, ABŞ-da kütləvi internet və rabitə problemləri Milli Hava Xidmətinin (NWS) fəaliyyətində çətinliklər yaradıb.

Nasazlıq səbəbindən qurumun veb-saytlarında hava proqnozları və xəbərdarlıqların yayımlanması dayandırılıb. Mövcud məlumatların isə köhnə olduğu bildirilib.

NWS istifadəçilərin hava proqnozları, xəbərdarlıqlar və digər məlumatlara daxil olmaqda çətinlik çəkə biləcəklərini açıqlayıb. Bəzi məlumatların gecikmiş və ya yenilənməmiş ola biləcəyi qeyd edilib.

Qurumun texniki heyəti problemin aradan qaldırılması və sistemlərin normal fəaliyyətinin bərpası istiqamətində iş aparıb.

Maraqlıdır ki, bir neçə saat sonra Milli Hava Xidməti internet və rabitə kəsintiləri ilə bağlı açıqlamasını silib. Daha sonra CNN-ə danışan qurum nümayəndəsi hər hansı fasilənin baş vermədiyini bildirib.

Bununla belə, ABŞ mediasında problemin Microsoft sistemlərindəki texniki nasazlıqla əlaqəli ola biləcəyi barədə ehtimallar yayılıb.

#Expressxeberler.az #ABŞ #İnternet

135 baxış
Paylaş: