Füzulidə toydan qayıdan müəllim və şagirdləri qəzada həlak oldular: Təfərrüat – Adlar-FOTO

IMG_5127 Gündəm
12:50

Füzulidə toydan qayıdan müəllim və şagirdləri qəzada həlak oldular: TƏFƏRRÜAT – ADLAR

Füzuli rayonunda baş verən ağır yol qəzasında müəllim və iki şagird həyatını itirib. Hadisə zamanı daha 4 nəfər xəsarət alıb.

Expressxeberler.az xəbər verir ki, qəza noyabrın 13-də saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb.

Seymur İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobil Mustafa Musayevin sürdüyü “VAZ-2104” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Opel”in sürücüsü, 1987-ci il təvəllüdlü Seymur Pəhləvan oğlu İsmayılov, həmçinin sərnişinlər – 2009-cu il təvəllüdlü Turan Elcan oğlu Əsgərov və Əhəd Nəsimi oğlu Heydərzadə hadisə yerində həyatlarını itiriblər.

Məlum olub ki, Seymur İsmayılov Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbdə riyaziyyat müəllimi işləyirmiş.

Qəza zamanı 1965-ci il təvəllüdlü Mustafa Mustafayev, 1998-ci il təvəllüdlü Rəmziyə Mustafayeva, 2009-cu il təvəllüdlü Ramazan Cəfərov və 2010-cu il təvəllüdlü Rəvan Abbaszadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Füzuli #Qəza #Faciə

1. 386 baxış
Paylaş: