İnsan ölənə yaxın bu 4 sözü deyir – “Səni sevirəm”…

IMG_5185 Cəmiyyət
03:52

İnsan ölüm ayağında ən çox bu 4 cümləni deyir – Onkoloq açıqladı

Expressxeberler.az xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddhartha Mukherci insanların həyatlarının son anlarında ən çox işlətdikləri dörd ifadəni açıqlayıb.

Uzun illər ağır xəstələrlə çalışan həkimin sözlərinə görə, ölümə yaxın insanlar maddi məsələləri və gündəlik qayğıları unudaraq, daha çox sevgi, peşmanlıq və bağışlanmaq haqqında düşünürlər.

Ölümdən əvvəl ən çox deyilən 4 cümlə:

  • “Mən səni sevirəm”
  • “Mən səni bağışlayıram”
  • “Sən məni sevirsən?”
  • “Məni bağışlaya bilərsən?”

Onkoloqun müşahidələrinə görə, bu ifadələr insanların son anlarda yaşadıqları ən dərin duyğuları əks etdirir. Sevgi, peşmanlıq və yaxınlarından mənəvi dəstək gözləmək həmin vaxt xüsusi əhəmiyyət qazanır.

Həkim vurğulayır ki, insanlar sevdiklərinə olan hisslərini ifadə etmək üçün həyatlarının son anlarını gözləməməlidirlər.

Bəzən bir telefon zəngi, səmimi söhbət və ya sadəcə “Sən mənim üçün dəyərlisən” demək münasibətlərdə böyük dəyişiklik yarada bilər.

Əsas mesaj isə budur: “Səni sevirəm” və “Bağışla” sözlərini vida anına saxlamayın.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Expressxeberler #Həyat #Sevgi #Psixologiya

130 baxış
Paylaş: