Ət yeməyənlərdə xərçəng riski daha azdır – Diqqət!

IMG_5186 Gündəm
03:55

Vegetarian qidalanma 5 xərçəng növünün riskini azalda bilər – Araşdırma

Expressxeberler.az xəbər verir ki, genişmiqyaslı araşdırma vegetarian qidalanmanın bir neçə xərçəng növünə tutulma riskini azalda biləcəyini ortaya qoyub.

“British Journal of Cancer” jurnalında dərc olunan tədqiqatda üç qitədən 1,8 milyon insanın məlumatları təhlil edilib. İştirakçılar orta hesabla 16 il ərzində müşahidə olunublar.

Araşdırmanın nəticələrinə görə, ət yeyənlərlə müqayisədə vegetarianlarda bəzi xərçəng növlərinin riski daha aşağıdır:

  • Çoxsaylı mieloma – 31 faiz
  • Böyrək xərçəngi – 28 faiz
  • Mədəaltı vəzi xərçəngi – 21 faiz
  • Prostat xərçəngi – 12 faiz
  • Süd vəzi xərçəngi – 9 faiz

Bununla yanaşı, vegetarianlarda qida borusunun yastıhüceyrəli xərçəngi riskinin iki dəfə, veganlarda isə kolorektal xərçəng riskinin 40 faiz yüksək olduğu müşahidə edilib.

Alimlər bu nəticələrin ehtiyatla qiymətləndirilməli olduğunu bildiriblər.

Tədqiqat müəlliflərinin fikrincə, vegetarianlar daha çox meyvə, tərəvəz və lifli qidalar qəbul edir, emal edilmiş ətdən isə uzaq dururlar. Bu amillər bəzi xərçəng növlərinin riskinin azalmasına təsir göstərə bilər.

Mütəxəssislər xərçəng riskini azaltmaq üçün meyvə, tərəvəz və liflə zəngin qidalara üstünlük verilməsini, emal edilmiş ət məhsullarının qəbulunun məhdudlaşdırılmasını tövsiyə edirlər.

Qeyd edək ki, alimlər vegetarian və vegan qidalanma modellərinin fərqli olduğunu vurğulayaraq, nəticələrin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Expressxeberler #Sağlamlıq #Xərçəng #Qidalanma

157 baxış
Paylaş: