Fransada etirazlar: 200-dan çox insan saxlanıldı

IMG_1582 Gündəm
11:37

Fransada etirazlar: 219 nəfər saxlanıldı, 10 polis yaralandı

Expressxeberler.az xəbər verir ki, Fransada qiymət artımına və polis zorakılığına qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı 219 nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan 22-si Parisdə tutulub. Onların arasında üç yetkinlik yaşına çatmayan şəxs də var.

Etirazlar zamanı ölkənin müxtəlif bölgələrində 10 polis əməkdaşı yüngül xəsarət alıb.

Fransa DİN-in məlumatına görə, aksiyalarda ümumilikdə 106 min nəfər iştirak edib. Onlardan 24 mini Parisdə küçələrə çıxıb.

Lakin etirazların təşkilatçıları iştirakçıların sayının 200 minə çatdığını, paytaxtda isə 100 min nəfərin aksiyaya qoşulduğunu bildiriblər.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Fransa #Etiraz #Paris #Expressxeberler.az #Expressxeberler

147 baxış
Paylaş: