Bakıda hava kəskin dəyişir: “Əsrin qışı” gəlir – 47 ildir beləsi görünməmişdi

IMG_1596 Cəmiyyət
10:52

Azərbaycanda qış sərt keçəcək? – Bakıda temperatur düşdü, külək gücləndi

Expressxeberler.az xəbər verir ki, Bakıda havanın temperaturu aşağı düşüb, külək güclənib və yağışlı hava şəraiti müşahidə olunur. Ölkənin bir sıra bölgələrində də yağıntılar davam edir.

Havada baş verən dəyişikliklər 2026-2027-ci illərin qışının necə keçəcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Şimal qütbü üzərindəki qütb burulğanında rekord dərəcədə erkən zəifləmə, Sakit okeanda isə El Ninonun güclənməsi qarşıdakı aylarda hava şəraitinin necə dəyişəcəyi ilə bağlı suallar yaradıb. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hava dalğalarının baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Bakıda külək, yağış, bəzi bölgələrdə isə qar

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Kürdəmir, İmişli, Yevlax, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tərtər və Beyləkan rayonlarında yağış, Xınalıq və Şahdağda isə arabir qar yağır.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 28 metrə, Mingəçevirdə isə 24 metrə qədər güclənib.

Paytaxtda temperaturun aşağı düşməsi, güclü külək və yağış qış fəslinin yaxınlaşması ilə bağlı gözləntiləri artırıb.

Bəs 2026-2027-ci illərin qışı Azərbaycanda necə keçəcək? Qar və şaxtalı hava gözlənilirmi? Bu suallara dair dəqiq mövsümi proqnozlar hələlik təqdim edilməyib.

Hava şəraiti ilə bağlı yenilikləri və ölkədə baş verən hadisələri izləmək üçün Expressxeberler.az saytına daxil olun.

#Hava #Qış #Bakı #Expressxeberler.az

124 baxış
Paylaş: