Bu gün Milli Dirçəliş Günüdür
Cəmiyyət
Bu gün Milli Dirçəliş Günüdür
Expressxeberler.az xəbər verir ki, bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
Bu əlamətdar günün tarixi 1988-ci il noyabrın 17-də Bakıda başlayan Meydan hərəkatı ilə bağlıdır.
Həmin gün yüz minlərlə insan keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü siyasətə, Ermənistanın ərazi iddialarına və Dağlıq Qarabağda baş verən separatçı hərəkətlərə etiraz etmək üçün Azadlıq meydanına toplaşıb.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağda separatçılıq meyillərinin güclənməsi, eləcə də yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından qovulması xalqın etirazını daha da artırıb.
17 noyabrda başlayan mitinq fasiləsiz olaraq 17 gün davam edib və milyonlarla insanın iştirak etdiyi ümumxalq hərəkatına çevrilib. Bu aksiya keçmiş SSRİ tarixinin ən böyük etiraz dalğalarından biri kimi yadda qalıb.
Dekabrın 4-dən 5-nə keçən gecə sovet qoşunları mitinqi dağıtsa da, Meydan hərəkatı Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm tarixi mərhələyə çevrilib.
Qeyd edək ki, Milli Dirçəliş Günü dövlət səviyyəsində qeyd olunur, lakin 2006-cı ilin dekabrında qanunvericiliyə edilən dəyişikliklərə əsasən, iş günü hesab edilir.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri izləyin.
#MilliDirçəlişGünü #17Noyabr #Expressxeberler.az



