Bizə deyirdilər ki, neftin-qazın hesabına yaşayırsınız

IMG_1638 Gündəm
13:21

Deputat: “Prezidentimizə qarşı dünyada qısqanclıq var”

Expressxeberler.az xəbər verir ki, Milli Məclisin deputatı Səyyad Aran Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun artdığını və Avropa liderləri tərəfindən diqqətlə qarşılandığını bildirib.

Deputat bu fikirləri parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

“Prezidentimizə qarşı dünyada qısqanclıq var. Çünki o, sürətlə dünyada tanınır, yüksəlir. Avropanın liderlərindən biri kimi açıq-aşkar qarşılanır və hamı ondan müəyyən xahişlər edir. Avropa dövlətlərinin başçıları deyir ki, mən Azərbaycana gedəcəyəm, cənab İlham Əliyevlə bəzi məsələləri məsləhətləşəcəyəm. Bu, dövlətimizin və liderimizin şöhrəti naminə əmələ gələn məsələlərdir”, – deyə Səyyad Aran bildirib.

Deputat çıxışında 2027-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə də toxunub. O qeyd edib ki, büdcə gəlirlərinin 60,6 faizinin qeyri-neft-qaz sektorunun hesabına formalaşması gözlənilir.

Səyyad Aran gələn ilin sosialyönümlü xərclərinin 18,7 milyard manat, müdafiə və milli təhlükəsizlik xərclərinin isə 8,8 milyard manat nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Deputat həmçinin maaşların, o cümlədən müəllimlərin əməkhaqlarının artırılması ilə bağlı cəmiyyətdə gözləntilərin olduğunu vurğulayıb.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri izləyin.

#SəyyadAran #İlhamƏliyev #MilliMəclis #Expressxeberler.az

20 baxış
Paylaş: