Milli Məclis gələn ilin büdcəsini ilk oxunuşda qəbul etdi

IMG_1647 Cəmiyyət
13:58

2027-ci ilin dövlət büdcəsi I oxunuşda qəbul edildi – Rəqəmlər açıqlandı

Expressxeberler.az xəbər verir ki, Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.

Büdcənin 38 milyard 518 milyon 425 min manatlıq gəlirinin mərkəzləşdirilmiş, 735 milyon 575 min manatlıq hissəsinin isə yerli gəlirlər hesabına formalaşması nəzərdə tutulur.

Xərclərin 41 milyard 664 milyon 425 min manatı mərkəzləşdirilmiş, 735 milyon 575 min manatı isə yerli xərclər üçün proqnozlaşdırılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

#DövlətBüdcəsi #2027 #MilliMəclis #Expressxeberler.az

29 baxış
Paylaş: