Yastıpəncəli şəxslər bu hallarda hərbi xidmətə aparılmır
Gündəm
Yastıayaqlılığın III dərəcəsi olan çağırışçılar hərbi xidmətə yararsız sayıla bilər
Expressxeberler.az xəbər verir ki, Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən, tibbi qiymətləndirmə zamanı şəxsin ayaq tağının hündürlüyü 17 millimetrdən az olduqda, yəni III dərəcəli yastıayaqlılıq müəyyən edildikdə, müvafiq şərtlər daxilində çağırışçı hərbi xidmətə yararsız hesab edilə bilər.
Bu barədə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Çağırışçıların tibbi qiymətləndirilməsi departamentinin müdir müavini Günel Məmmədova “Sosial saat” verilişində məlumat verib.
Onun sözlərinə görə, “Tibbi şəhadətləndirmə” altsisteminə məlumatları daxil edilmiş çağırışçının Agentlikdə yekun tibbi müayinəsinin keçirilməsi üçün tarix avtomatik müəyyən olunur və bu barədə ona məlumat verilir.
Çağırışçı tibbi qiymətləndirmənin yekun nəticəsi ilə “mygov” portalındakı şəxsi kabineti vasitəsilə tanış ola bilər.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri izləyin.
#HərbiXidmət #Yastıayaqlılıq #Çağırış #Expressxeberler.az



