Siyəzəndə maşın “KamAZ”la toqquşdu – Ölən var
Gündəm
Siyəzəndə “VAZ-2107” “KamAZ”la toqquşdu: Sürücü öldü
Expressxeberler.az xəbər verir ki, Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hadisə zamanı Xanqulu Əlbaba oğlu Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Mehrac Balaqardaş oğlu Bayramovun sürdüyü “KamAZ” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan Xanqulu Ağayev xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, orada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.
Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən hadisələri izləyin.
#Siyəzən #Qəza #YolNəqliyyatHadisəsi #Expressxeberler.az
37
baxış



