Dövlət qurumlarının avtomobilləri hərraca çıxarılır – qiymətlər 2 000 manatdan başlayır

Screenshot Gündəm
Screenshot
04:45

Dövlət qurumlarının avtomobilləri hərraca çıxarılır – qiymətlər 2 000 manatdan başlayır

Expressxeberler.az xəbər verir ki, Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan avtomobillər hərrac yolu ilə satışa çıxarılacaq.

Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil edəcəyi hərrac noyabrın 24-də saat 10:00-da keçiriləcək.

Hərraca ümumilikdə 22 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış illəri 1981-2024-cü illəri əhatə edir. İlkin satış qiymətləri isə 2 000 manatdan başlayır.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Hərrac #Avtomobil

145 baxış
Paylaş: