Sumqayıt bulvarında 20 yaşlı gənc dənizdə batdı

IMG_1664 Gündəm
14:30

Sumqayıtda dənizdə 20 yaşlı gənc batıb – Axtarışlar aparılır

Expressxeberler.az xəbər verir ki, Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Dənizdə batdığı ehtimal edilən şəxsin 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlu olduğu bildirilir.

Hazırda onun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Sumqayıt #Dəniz #FHN #Hadisə #Expressxeberler.az

Kateqoriya: Hadisə

116 baxış
Paylaş: