Boşanıram” deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi – Bakıda DƏHŞƏT

IMG_1665 Gündəm
14:36

Bakıda boşanmaq istəyən həyat yoldaşını döydü, uşaqlarını öldürməklə hədələdi

Expressxeberler.az xəbər verir ki, Bakının Xətai rayonu, NZS qəsəbəsində kişi boşanmaq istəyən həyat yoldaşına zor tətbiq edib.

41 yaşlı Tural Musayev (ad və soyad şərtidir) aralarında yaranan mübahisə zamanı həyat yoldaşı Güllüyə xəsarətlər yetirib.

Məlumata görə, iki uşaq atası olan Tural ifadəsində həyat yoldaşı ilə münasibətlərinin zamanla pisləşdiyini və Güllünün ondan ayrılmaq istədiyini bildirib. Bu söhbətdən sonra əsəbiləşən kişi qadının başına və bədəninin müxtəlif nahiyələrinə əllə zərbələr endirib.

Zərərçəkmiş qadın isə ifadəsində ərinin mütəmadi olaraq spirtli içki qəbul edərək evə gəldiyini və onu döydüyünü deyib. O, ailəsinin dağılmaması üçün indiyədək heç kimə şikayət etmədiyini bildirib.

Güllünün sözlərinə görə, sonuncu mübahisə zamanı Tural uşaqlarını öldürməklə hədələyib və onu döyüb.

Bundan sonra qadın uşaqlarını da götürərək evdən çıxıb və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək şikayət edib. O, həyat yoldaşı ilə barışmaq istəmədiyini və ondan şikayətçi olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Tural Musayev 1000 manat məbləğində cərimə edilib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Bakı #MəişətZorakılığı #Xətai #Hadisə #Expressxeberler.az

Kateqoriya: Hadisə

127 baxış
Paylaş: