Ata, mən gəldim…” – Şəhidlərin övladlarına əmanət etdiyi Zəfər
Gündəm
Şəhid ataların övladlarına ən böyük mirası – AZAD VƏTƏN! 🇦🇿
Bu dağlarda Vətən uğrunda döyüşən igidlərimizin ən böyük qorxusu ölüm deyil, övladlarının böyüdüyünü görə bilməmək idi…
Onlar bu yollarda ona görə vuruşurdular ki, bir gün övladları həmin yollarda qorxmadan addımlaya bilsinlər. Şuşaya, Cıdır düzünə gedib qürurla: “Ata, mən gəldim!” – deyə bilsinlər.
Birlikdə əkilən ağaclar, yarımçıq qalan xatirələr, övladlarına yazılan məktublar… Bütün bunlar şəhidlərimizin Vətən sevgisinin, ailələrinə olan həsrətinin və gələcəyə bəslədikləri ümidin izləridir.
Bu gün həmin igidlərin xatirəsi azad Şuşanın küləyində, Cıdır düzünün nəfəsində, qazandığımız Zəfərin hər anında yaşayır.
Əziz şəhid övladları, ağlasanız da, başınızı dik tutun! Çünki siz atanızın qanı ilə yazdığı şanlı tarixdə qalib xalqın övladlarısınız.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
#Expressxeberler.az #ZəfərGünü #Şəhidlər #QarabağAzərbaycandır



