Ağstafada mina partlayışı: Ölən və yaralanan var – Hərbi sursat partladı
Gündəm
Minaya düşən şəxsin kimliyi məlum oldu: Qazax sakini həyatını itirdi
Expressxeberler.az xəbər verir ki, Ağstafada baş verən mina partlayışı nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər bir nəfərin isə yaralandığı bildirilir.
Məlumata görə, həlak olan Rəsul Məmmədov Qazax rayonunun Ürkməzli kəndindəndir. O, Ağstafaya əmisi oğlunun yanına qonaq gedibmiş.
Onların hansı şəraitdə minaya düşdükləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Ağstafa #Qazax #Mina
97
baxış



