Azərbaycanlıların olduğu gəmiyə dron hücumu oldu
Gündəm
Azərbaycanlıların olduğu gəmiyə yenidən dron hücumu: Heyət təxliyə gözləyir
Expressxeberler.az xəbər verir ki, bu gecə saat 02:00 radələrində Rumıniyanın Sulina limanı yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub.
Məlumata görə, gəmidə ümumilikdə 14 nəfər olub. Onlardan 13-ü Azərbaycan, biri isə Türkiyə vətəndaşıdır.
Hadisə şahidlərinin sözlərinə görə, heyətin operativ müdaxiləsi nəticəsində alovun yük tanklarına keçməsinin və dizel yanacağının alışmasının qarşısı alınıb.
Hazırda gəminin heyəti təxliyə olunmağı gözləyir.
Qeyd edək ki, bu, azərbaycanlıların olduğu gəmiyə qarşı qeydə alınan ilk dron hücumu deyil.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Azərbaycan #Rumıniya #DronHücumu



