Bakıda 11-ci sinif şagirdi market müdirinin seyfindən pul oğurladı

Screenshot Gündəm
Screenshot
04:24

Bakıda 11-ci sinif şagirdi market müdirinin seyfindən pul oğurladı

Expressxeberler.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yerləşən supermarketlərdən birində baş verib.

Məlumata görə, internat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi olan 16 yaşlı Şakir Nəcəfov (şərti ad) marketin müdir otağına daxil olaraq seyfdən 1 492 manat pul oğurlayıb.

Tam eşitmə məhdudiyyəti olan yeniyetmə ifadəsində valideynlərinin onu və kiçik bacısını körpəliklərindən tərk etdiyini, onların nənələrinin himayəsində böyüdüyünü bildirib.

Şakir marketə Binəqədi qəsəbəsindən gəldiyini, otaqların və seyfin yerini əvvəlcədən bilmədiyini, oğurluq zamanı ona heç kimin kömək etmədiyini deyib.

O, oğurladığı pulun 5 manatına özünə dönər aldığını, qalan məbləği isə hara xərclədiyini xatırlamadığını bildirib.

Zərərçəkmiş şirkətin nümayəndəsi dəymiş ziyanın 62 manatının ödənildiyini deyib. Yeniyetmənin fiziki məhdudiyyətini və ailə vəziyyətini nəzərə alaraq şikayətçi olmadığını bildirib.

Məhkəmə yeniyetmənin fiziki məhdudiyyətini, ailə vəziyyətini, ilk dəfə cinayət törətməsini və zərərçəkmiş tərəfin şikayətçi olmamasını yüngülləşdirici hallar kimi qiymətləndirib.

Yekun qərara əsasən, 16 yaşlı şagird 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Bakı #Hadisə #Məhkəmə

308 baxış
Paylaş: