Çin müdafiə naziri: Regional təhlükəsizlik arxitekturası formalaşdırılmalıdır
Çinin müdafiə naziri Donq Cun Pekində keçirilən 13-cü Xiangşan Təhlükəsizlik Forumunda regional təhlükəsizlik məsələlərindən danışıb.
Expressxeberler.az xəbər verir ki, Donq Cun bütün ölkələrin qanuni təhlükəsizlik narahatlıqlarını nəzərə alan balanslı, effektiv və davamlı regional təhlükəsizlik arxitekturasının yaradılmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, regional təhlükəsizlik sistemi bütün ölkələrin qanuni maraq və narahatlıqlarını nəzərə almalıdır.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qərbin Çin, Rusiya, İran və Şimali Koreyanı əhatə edən yeni “şər oxu” və ya “təxribat oxu” yaratdığını bildirib.

