19 il ər-arvad kimi yaşadılar, bir qızları da var – BACI-QARDAŞ OLDUQLARI ÜZƏ ÇIXDI!-FOTOLAR
Gündəm
19 il ər-arvad kimi yaşadılar, bir qızları da var – BACI-QARDAŞ OLDUQLARI ÜZƏ ÇIXDI!
Expressxeberler.az xəbər verir ki, Braziliyada yaşayan bir cütlüyün 19 illik münasibəti ilə bağlı ortaya çıxan həqiqət hər kəsi təəccübləndirib.
Adriana və Leandro adlı cütlük təxminən 19 il birlikdə yaşayıb, bir qız övladı böyüdüblər. Lakin illər sonra bioloji analarını axtarmağa başlayan cütlük gözlənilməz həqiqətlə üzləşib.
Məlum olub ki, hər ikisinin körpə ikən onları tərk edən analarının adı Mariya olub. Əvvəlcə bunu təsadüf hesab edən cütlük yerli radio proqramına müraciət edərək analarını tapmağa çalışıb.
Axtarış zamanı Adriananın bioloji anası müəyyənləşib. Söhbət əsnasında həmin qadının Leandro adlı daha bir övladının olduğu üzə çıxıb. Beləliklə, 19 il birlikdə yaşayan cütlüyün eyni anadan dünyaya gəldiyi, yəni doğma bacı-qardaş olduğu məlum olub.
Qeyd edək ki, onların rəsmi nikahda olmadığı bildirilir. Şok həqiqətə baxmayaraq, cütlük münasibətlərini davam etdirmək və birlikdə qalmaq niyyətində olduqlarını açıqlayıb.


Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #Dünya #Braziliya #Gündəm



