17 ölkədən vətəndaşlara ÇAĞIRIŞ: 72 saatlıq ərzaq və su ehtiyatı hazırlayın!
Dünya
17 ölkədən vətəndaşlara ÇAĞIRIŞ: 72 saatlıq ərzaq və su ehtiyatı hazırlayın!
Expressxeberler.az xəbər verir ki, bir sıra ölkələr vətəndaşlarına mümkün fövqəladə vəziyyətlərə qarşı evlərində ərzaq, içməli su və zəruri ləvazimat ehtiyatı saxlamağı tövsiyə edib.
Siyahıda Böyük Britaniya, İrlandiya, Fransa, Almaniya, Niderland, Danimarka, Norveç, İsveç, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Avstriya, İsveçrə və Xorvatiya yer alır.
Ölkələrin tövsiyələri fərqlidir. Bəzi dövlətlər ən azı 72 saatlıq, digərləri isə bir həftəlik və ya daha uzun müddətə kifayət edəcək ehtiyatların hazırlanmasını məsləhət görür. Almaniyada bu müddət 10 günə qədər uzanır.
Vətəndaşlara içməli su, uzun müddət saxlanıla bilən qidalar, dərmanlar, ilk yardım vasitələri, fənər, ehtiyat batareyalar və digər vacib ləvazimatları evdə saxlamaq tövsiyə olunur.
Bu çağırışlar müharibə, təbii fəlakət, elektrik enerjisinin kəsilməsi və digər fövqəladə hallar zamanı əhalinin hazırlıqlı olması məqsədi daşıyır.
Qeyd edək ki, bu tövsiyələr müxtəlif vaxtlarda verilib və yaxınlaşan konkret fəlakətin təsdiqi kimi qiymətləndirilməməlidir.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Dünya #Avropa #FövqəladəHal #72Saat #Expressxeberler



