Prezident: “ASAN xidmət”in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir

IMG_3475 Gündəm
10:56

“ASAN xidmət”in fəaliyyəti BMT tərəfindən yüksək qiymətləndirildi

Expressxeberler.az xəbər verir ki, Prezident İlham Əliyev “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı” beynəlxalq tədbirinin iştirakçılarına müraciətində “ASAN xidmət”in beynəlxalq uğurlarına toxunub.

Dövlət başçısı bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan “ASAN xidmət”in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir.

“ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na, 2019-cu ildə isə dövlət xidmətlərinin rəqəmsal idarəetmə vasitəsilə inkişafı sahəsində xüsusi mükafata layiq görülüb.

Prezident qeyd edib ki, 2024-cü ildə Azərbaycan ilə BMT arasında imzalanan Töhfə Sazişi “ASAN xidmət” modelinin dörd qitədə təşviqinə yeni imkanlar yaradıb.

Azərbaycan bundan sonra da dayanıqlı inkişaf məqsədlərinin təşviqini dəstəkləyəcək və keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi istiqamətində beynəlxalq fəaliyyətə töhfə verəcək.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #ASANxidmət #BMT #Azərbaycan

256 baxış
Paylaş: