Zelenskidən Putinə ŞOK MESAJ: Antarktidada belə görüşə hazıram!

IMG_4536 Dünya
03:04

Zelenskidən Putinə ŞOK MESAJ: Antarktidada belə görüşə hazıram!

Expressxeberler.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada belə görüşməyə hazırdır.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik bu barədə Təhlükəsizlik Şurasının iclasında danışıb.

Melnik bildirib ki, yüksək səviyyəli sammit keçirilmədən siyasi irəliləyiş əldə etmək çətin görünür.

“Ukrayna Prezidenti Putinlə ən qısa fürsətdə – istər dekabr ayında Floridada, istər G20 çərçivəsində, istərsə də dünyanın istənilən yerində, hətta Antarktidada, Moskvadan başqa hər yerdə görüşməyə hazırdır”, – deyə diplomat vurğulayıb.

O, Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların nəticələrinin gözlənildiyini də qeyd edib.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Expressxeberler.az #Zelenski #Putin #Ukrayna #Dünya

298 baxış
Paylaş: