Əvvəl geyiminə güldülər, ifasından sonra üzr istədilər
Cəmiyyət
“Bu oxuyacaq?” – Niyaməddin Musayevin toy xatirəsi GÜNDƏM OLDU!
Expressxeberler.az xəbər verir ki, Xalq artisti Niyaməddin Musayev illər əvvəl qeyri-adi geyim tərzi ilə qatıldığı toyda yaşadığı maraqlı hadisəni bölüşüb.
Sənətçi “Qonaqcanlı” proqramında platformalı ayaqqabıları və trapez şalvarları dəbə gətirdiyini bildirib.
O, bir dəfə tarzən Əhsən Dadaşovla toya gedərkən qeyri-adi görünüşünə görə aşpazların ona güldüyünü söyləyib.
Məclisdə isə bir kişinin onun ifaçılığına şübhə ilə yanaşdığını xatırladıb. Niyaməddin Musayev klassik qəzəllərlə “Humayun” muğamını ifa etdikdən sonra həmin şəxsin ondan üzr istədiyini deyib.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#Expressxeberler.az #NiyaməddinMusayev #XalqArtisti #Musiqi #Gündəm



