Füzulidə dəhşətli qəza 3 nəfərin ölümünə səbəb oldu
Gündəm
Füzulidə ağır qəza: 3 nəfər öldü, 4 nəfər yaralandı
Expressxeberler.az xəbər verir ki, noyabrın 13-də saat 23:00 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” markalı avtomobillə Mustafa Musayevin sürdüyü “VAZ-2104” toqquşub.
Qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində həyatını itirib.
Həmin avtomobilin digər iki sərnişini, eləcə də “VAZ-2104”ün sürücüsü və sərnişini müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsini qorumağa çağırıb.
Həmçinin sürücülərə yorğun və yuxusuz halda sükan arxasına keçməmək, təhlükəsizlik kəmərlərindən istifadə etmək tövsiyə olunub.
#Expressxeberler.az #Füzuli #Qəza #YolHadisəsi



