General Natiq Əliyevin qızından şikayətçi olan da general imiş!

IMG_4901 Gündəm
15:30

Expressxeberler.az xəbər verir ki, Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışmış general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olan şəxslərdən birinin kimliyi məlum olub.

Şikayətçilərdən birinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev olduğu bildirilir.

Ceyhun Rzayev və digər zərərçəkmiş şəxsin şikayəti əsasında Türkər Əliyeva şübhəli şəxs qismində saxlanılıb.

Məsələ ilə bağlı onun vəkili Hikmət Əliyev ittihamı qəbul etmədiklərini bildirib. Vəkil qeyd edib ki, müdafiə tərəfi zəruri sübutları istintaq orqanına və məhkəməyə təqdim edəcək. Onun sözlərinə görə, məsələ mülki xarakterlidir və cinayət faktı yoxdur.

Türkər Əliyeva ilə bağlı hələlik məhkəmə qərarı yoxdur. O, prokurorluqda ifadə verir.

Qeyd edək ki, Ceyhun Rzayev uzun illər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb.

#Expressxeberler.az #TürkərƏliyeva #CeyhunRzayev #ANAMA #Azərbaycan

337 baxış
Paylaş: