Hərbi xidmətlə bağlı YENİLİK: 2 İL…

IMG_3121 Cəmiyyət
02:28

Expressxeberler.az xəbər verir ki, Azərbaycanda leytenant hərbi rütbəsində xidmət müddətinin müəyyənləşdirilməsi qaydasına dəyişiklik edilib.

Dəyişikliyə əsasən, təhsil müddəti 5 il olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrini bitirən hərbi qulluqçular üçün leytenant rütbəsində xidmət müddəti 2 il müəyyənləşdirilib.

Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün isə bu müddət 1 il olacaq. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda da leytenant rütbəsində xidmət müddəti 1 il təşkil edəcək.

Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.

Hər gün Expressxeberler.az saytına daxil olaraq ölkədə və dünyada baş verən yenilikləri izləyin.

#HərbiXidmət #Leytenant #Azərbaycan #Expressxeberler.az

1. 138 baxış
Paylaş: