İran ordusu qərar verdi: Sərhəd tanımayacayıq, hara gəldi vuracayıq!
Dünya
xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi ABŞ və İsrailə qarşı yeni hərbi hədəflərin müəyyənləşdirildiyini açıqlayıb.
General bildirib ki, İran ordusu əvvəlkindən daha geniş coğrafiyada hərbi əməliyyatlar keçirməyə hazırdır.
Abdullahi ABŞ və İsrailin İrana yenidən hücum edəcəyi təqdirdə daha sərt və güclü cavab alacaqlarını bəyan edib.
“Düşmən bilməlidir ki, istənilən yeni təcavüz əvvəlkindən daha sərt və təsirli cavabla qarşılanacaq”, – deyə general xəbərdarlıq edib.
O əlavə edib ki, İran Silahlı Qüvvələri coğrafi məhdudiyyət olmadan intensiv cavab zərbələri endirmək imkanına malikdir. Mümkün hərbi əməliyyatlar üçün yeni hədəflərin siyahısı hazırlanıb və zərbələrin əhatə dairəsi əvvəlkindən daha geniş olacaq.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#İran #ABŞ #İsrail #Expressxeberler #Expressxeberler.az



