İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı
Gündəm
İranda dəhşətli avtobus qəzası: 11 nəfər öldü, 19 yaralı var
Expressxeberler.az xəbər verir ki, İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.
Qəza Dəşt-Abbas–Mormuri avtomobil yolunda baş verib. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.
İlkin məlumatlarda ölənlərin sayının 5, yaralıların isə 17 nəfər olduğu bildirilsə də, sonradan rəqəmlər yenilənib.
Qəzanın səbəbləri araşdırılır.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#İran #Qəza #Expressxeberler.az #Expressxeberler
105
baxış



