“Jurnalistə mane olmaq olmaz!” – Media və Yayım Şurasından XƏBƏRDARLIQ

Screenshot Gündəm
Screenshot
16:02

Media və Yayım Şurasından jurnalistə hücuma SƏRT REAKSİYA

Expressxeberler.az xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurası son günlər jurnalistlərin peşə fəaliyyətinə müdaxilə edilməsi və fiziki hücumlara məruz qalması ilə bağlı bəyanat yayıb.

Şura bildirib ki, media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur.

Bəyanatda vurğulanıb ki, bu cür hərəkətlər təkcə jurnalistlərin təhlükəsizliyini təhdid etmir, həm də cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir.

Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə pisləyib. Qurum baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edib.

Şura hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa, onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırıb.

Qeyd edək ki, noyabrın 1-də APA Group əməkdaşı Sənan Bəhrəmli Bakının Nizami rayonunda yanğını işıqlandırarkən hücuma məruz qalıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı cinayət işi başlanılıb və mühafizəçi saxlanılıb.

Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

#Jurnalist #Media #Expressxeberler #Expressxeberler.az

1. 161 baxış
Paylaş: