Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada – Fotolar
Gündəm
Mehriban Əliyeva Bakıda məşhur rus teatrının “Qağayı” tamaşasına baxdı
Expressxeberler.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik “Malıy” Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Bakıda “Qağayı” tamaşasını təqdim edib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan səhnə əsərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızı Leyla Əliyeva və Alyona Əliyeva da izləyiblər.
Anton Pavloviç Çexovun eyniadlı pyesi əsasında hazırlanan tamaşaya Rusiyanın tanınmış teatr rejissoru, “Qızıl maska” mükafatı laureatı Lev Dodin quruluş verib.
Tamaşada Rusiyanın Xalq artisti Sergey Kurışev, Əməkdar artistlər Yelizaveta Boyarskaya, İqor Çerneviç və digər aktyorlar rol alıblar.
Qeyd edək ki, noyabrın 8-dək davam edəcək BIAF-2026 çərçivəsində 20-dən çox tədbirin keçirilməsi nəzərdə tutulub. Festivalda Azərbaycanla yanaşı, Böyük Britaniya, İsrail, Kanada, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçilər iştirak edirlər.
Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.
#MehribanƏliyeva #BIAF2026 #Qağayı #Mədəniyyət #Expressxeberler.az




